General Qasim Süleymaniyə qarşı terrorda təqsirləndirilən şəxs edam olundu
Mьəllif: admin1
Tarix: 20-07-2020, 13:02
Bцlmə: Xəbərlər
General Qasim Süleymaniyə qarşı terrorda təqsirləndirilən şəxs edam olundu
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib.

Modern.az xəbər verir ki, casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.

Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib.

O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.

Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.



General Qasim Süleymaniyə qarşı terrorda təqsirləndirilən şəxs edam olundu

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031