RUSTAVİ ŞƏHƏRİNDƏ “MƏBƏS” BAYRAMI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB (Foto)
Mьəllif: Admin
Tarix: 18-02-2023, 10:39
Bцlmə: Xəbərlər
RUSTAVİ ŞƏHƏRİNDƏ “MƏBƏS” BAYRAMI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB (Foto)
Rustavi şəhərində Əziz İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və qonşu kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Hacı Elvin Bayramov öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün axund Hacı Rahid Kərimovu kürsüyə dəvət edib.

Oxunan Quran ayələri Türkiyə və Suriyada zəlzələ zamanı dünyasını dəyişənləə tapşılılıb, onların ruhuna dualar edilib.

Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını “Məbəs” bayramı və “Merac” qəndili münasibəti ilə təbrik etdikdən və Zəlzələ qurbanlarına başsağlığını çatdırdıqdan sonra İslam Peyğəmbərinin (s) insani keyfiyyətlərindən, həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açıb.

Sonra çıxış üçün kürsüyə BGMİnin qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları dəvət olunub.

Onlar da şıxışları zamanı Allahın Rəsulu Hz. Məhəmmədin (s) şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər. Qonşu ölkələrdəki Zəlzələ qurbanlarına rəhmət, yaralılara şəfa diləyiblər.

Bayram süfrəsi ətrafında keçirilən tədbirdə din tələbəsi Fədai Naci yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib.

Adları Peyğəmbərimizn ad və ləqəbləri ilə eynilik təşkil edənlərə hədiyyələr təqdim olunub.

Nəhayət, bayram tədbiri Məşədi Vidadi Qurbanovun İmam Zaman (ə) duası oxuması ilə sona çatıb.

Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031